2 dəq oxu
Nutrisiologiya  kursu
  • Nutrisiologiyanın əsasları kursu
    Kursun müddəti: 3 ay.
    Proqramın həcmi: 36 saat.
    Tələblər: ali və ya orta ixtisas təhsili.
    Təlimi başa vurduqdan sonra siz qidalanma üzrə  lazımi bilik və bacarıqları əldə edəcəksiniz.
    Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikat təqdim olunur.

Kurs geniş dinləyici kütləsi üçün nəzərdə tutulmuşdur.

Dərslər həftədə iki dəfə canlı onlayn formatda Zoom platforması üzərindən aparılır.

Hər bir dərsin konspekti və videoyazısı dərsdən sonra dinləyicilərə göndərilir.

Mövzudan asılı olaraq dərsin müddəti 60-90 dəqiqə arası çəkə bilir.

Kurs boyunca müxtəlif testlərlə biliklərinizi möhkəmləndirəcək və alınmış bilikləri dərhal həyatınızda tətbiq edə biləcəksiniz.

Biliklərin yaxşı mənimsənilməsi məqsədilə dərslər kiçik qruplarda keçirilir( 6-8 nəfər) və hər bir dinləyiciyə fərdi yanaşılır.

İstəkdən asılı olaraq sinif dərsləri də mövcuddur.

Kurs sonu sertifikatla təltif olunacaqsınız 


Kurs kimlər üçün münasibdir?


  • Nutrisioloqlar
  • Kosmetoloqlar
  • Müxtəlif ixtisaslı tibb mütəxəssisləri 
  • fitnes məşqçilər
  • Ümumiyyətlə sağlam qidalanmanı düşünən və bunun üçün nəzəri və praktiki biliklərə ehtiyacı olan hər bir şəxs üçün faydalı olacaq.

Kursun sonunda siz:


  • Müxtəlif yaşlı insanların qidalanma xüsusiyyətlərini öyrənəcək və doğru qidalanma tövsiyyələri verə biləcəksiniz.
  • Qida maddələrinin makro və mikroelementlərini  düzgün təyin etməyi  və qida rasionunu düzgün tərtib etməyi öyrənəcəksiniz.
  • Şəxsin qidalanmasındakı yanlışları aşkar etməyi və qida vərdişlərini korreksiya etməyi bacaracaqsınız.
  • Qidalanma protokolları tərtib etməyi,onları fərdin xüsusiyyətlərinə və həyat tərzinə uyğunlaşdırmağı bacaracaqcınız.
  • Qazanılmış bilik və bacarıqlardan istifadə edərək qazancınızı artırmaq imkanı qazanacaqsınız.


Kursun proqramı ilə aşağıda tanış ola bilərsiniz.


Əlavə suallar və qeydiyyat üçün sayt üzərindən,instagram səhifəmizdən və whatsapp nömrəmizə (+994554250429) yaza bilərsiniz.