Boksçuya fiziki hazırlıq baxımından qoyulan tələblər idmanda ən sərt tələblər sırasındadır". "Tədqiqatlar göstərir ki , boksçular döyüş ərzində maksimum ürək döyüntüləri həddinin 93%-nə kimi yüklənə bilirlər. Onlar doqquz dəqiqə ərzində tam sprintdədirlər!"
Boksda psixoloji faktorda mühüm rol oynayır.Koordinasiya, güc, sürət, reaksiya və sakitlik uğur qazanmaq üçün vacibdir"
Həm fiziki, həm də zehni dözümlülüyü artırmaq üçün boksçuların düzgün qidalanma və maye qəbulu rejimlərinə ehtiyacları var.
Düzgün qidalanmayan boksçular məşq müddətində tez yorulur ,məşqlər və yarışlar arasında bərpa oluna bilmirlər. Bu da öz növbəsində iltihab və oksidativ stressi artırır.
Boks yarışları müxtəlif çəki kateqoriyalarında aparıldığından bəzi idmançılar bədəni susuzlaşdaraq sürətli çəki atmağa çalışırlar ,təcrübə göstərir ki belə yanaşma güc itkisi, dəqiqlik və yorğunluq səbəb olur. Dehidrasiya əzələ spazmlarına və istilik vurmasına da gətirib çıxara bilir.
Bədən çəkisinə nəzarət və artıq çəki yığmamaq da qidalanmanın düzgün təşkili məsələsini önə çıxarır.Beləliklə istər məşqlərdəç istər yarışlarda məhsuldar olmaq və nəticə əldə etməkdən ötrü necə qidalanmağı və orqanizmi necə bərpa etməyi öyrənmək idmançı üçün vacib məqsədlərdən biridir.
Təklif olunan seminar boksçularımıza qidalanmada və maye qəbulu rejimini tərtib etməkdə istiqamət vermək və idman nutrisiologiyasında tətbiq olunan yanaşmalarla tanış etmək məqsədi daşıyır.
Kimlər üçün uyğundur
Seminar boksla məşğul olan idmançılar, məşqçilər və idmançı valideynləri üçün nəzərdə tutulmuşdur.
Canlı formatda və kiçik qruplarda aparılır.
Dinləyicilər sonda boksçuların qidalanma xüsusiyyətləri haqqında daha dolğun məlumata sahib olacaq və aldıqları biliklərlə həm sağlam qidalanmağı həm də idman nəticələrini yaxşılaşdırmaq üçün idman menyularını tərtib etməyi bacaracaqlar.
Kursun sonunda dinləyicilərə iştirakçı sertifikatı təqdim olunur .
➢Zülallar
➢Yağlar
➢Karbohidratlar
➢Su
➢Minerallar
➢Vitaminlər
➢ Qida porsiyalarının seçilməsi
➢Məşqdən əvvəl,məşq vaxtı və məşqdən sonra qidalanma
➢Optimal maye qəbulu rejimi
➢ Çəki atmaq yaxud çəki almaq üçün qidalanma strategiyaları
➢Müstəqil fərdi menyuların tərtib olunması və müzakirəsi
➢ Boksçu hansı hallarda qida əlavələri istifadə etməlidir.
➢Boksçunun vitamin və mineral ehtiyacları
➢ İş qabiliyyətini artıran vasitələr haqqında məlumat ( Erqogenik)
➢Qida əlavələrinin təhlükəsiz qəbulu