Zülalların əsas vəzifəsi metabolizmin tənzimlənməsi,əzələlərin bərpası və əzələ yaranmasını təmin etməkdir.
Amin tuşuları zülalların tikinti materialları adlandırırlar. Amin turşular tərkibində amin (-NH2) və karboksil (-COOH) qrupları olan üzvi birləşmələrdir.
Çoxlu sayda aminoturşu növü bilinməklə yanaşı bunların ancaq təxminən 20-si bioloji olaraq əhəmiyyətlidir.
Bunlardan 9-u əvəzolunmayan aminturşular,11-i isə əvəzolunan aminturşulardır.
Əvəzolunan aminturşuları bədən tərəfindən istehsal olunur.
Əvəzolunmayan aminturşular isə orqanizmə qida ilə qəbul olunmalıdır.
Heyvan mənşəli,zülalların tərkibində bütün amin turşuları vardır və onlara ‘Tam’zülallar deyilir.
Natamam zülallarda amin turşularından biri yaxud bir neçəsi çatışmır və əsasən bitki mənşəli zülallardır.
Lazımi Amin turşuları qəbul etmək üçün müxtəlif zülallarla zəngin qidaları qəbul etmək lazımdır.
Aminturşulaın adları
Aminturşular, bir qayda olaraq, alindiqları mənbələrdən asılı olaraq tarixi adlara malikdir.
Misal üçün, asparagin 1806-cı ildə asparaqus (mərəşüyüd) şürəsində tapılmışdır, qlutamin (lat. "qluten" - "yapışqan") turşusu buğda özəyində aşkar edilmişdir.
Sistein (yun. "tsistis" - "kisə") ilk dəfə 1810-cu ildə sidik kisəsi daşlarında aşkar edilmişdir.
Süd zülalı olan kafeinin tədqiqi zamanı tirozin (yun. "tiros" - "pendir") kəşf edilmişdir.
Arginin (lat. "argentum" - "gümüş") ilk dəfə olaraq gümüş duzları şəklində alınmışdır.
Qlisin (yun. "qlikis" - "şirin") şirin olduğu üçün belə adlandırılmışdır.
"Leysin" yunan sözü olan "Leykos" - "ağ"-dan törəmişdir: yumurta ağında bu geniş yayılmış aminturşularından biridir.
Lizin öz adını yunan sözü olan "həllolma", "dağılma" mənasını verən "lizis"dən götürmüşdür. Bu turşu suda yaxşı həll olduğuna görə belə adlandırılmışdır.
Bəzi aminturşular ipək liflərinin zülallarından alınmışdır. Bunlara histidin (yun."histos" - parça) və serin (lat. "sericus" -"ipək") misal ola bilər.
Zülal qəbulu Protein bədəndə saxlanmadığından onu gün ərzində bərabər miqdarda qəbul etmək lazımdır. Atletlər protein qəbulu vaxtlarını və keyfiyyətli protein mənbələrini yaxşı tanımalıdırlar.
Bəzi təbii zülal mənbələri :
Yağsız mal əti, balıq, yumurta, soya məhsulları, süd məhsulları
Zülal qəbulu üçün bəzi məsləhətlər:
1)Səhər yeməyində yüksək keyfiyyətli zülallı məhsullar yemək vacibdir.
2)Hər qida qəbulunda 20-30qr protein qəbul etmək lazımdır.
3)Axşam protein miqdarını azaltmaq lazımdır. Bərpa üçün qəlyanaltılar:
*Kəsmik və təzə meyvə
*Az yağlı yoqurt,meyvə və qranula bar
*Hinduşkadan və ya toyuq filesindən sendviç
Əzələ kütləsinin artımına yardım edən zülal qəbulu
Əzələ kütləsinin yaranması və bərpası üçün ən çox töhfə verən Leysin/izoleysin və valındır .
Leysinlə zəngin protein əzələ artımı üçün daha effektivdir.
Əzələ kütləsini artırmaq üçün leysin miqdarı 2-3qr arası olan zülallara üstunluk vermək lazımdır.
Zülal qəbulu zamanı birdəfəlik Leysin qəbulu 2 qramdan az olarsa bu protein enerji mənbəyi kimi istifadə olunacaq və əzələnin artmasına kömək etməyəcək.
Aşağıda bəzi qida məhsullarında olan leysin miqdarı ( məhsulun hər 100 q üçün) aşağıdakı cədvəldə verilmişdir.
Yağsız kəsmik-2.9
Toyuğun döş əti-2.4
Yağsız mal əti-2.2
Tam yumurta-1.2
Salmon balığı-1.6
Xülasə
-Protein əzələ bərpası , inkişafı və metabolizm üçün vacibdir.
-Amin turşuları proteini təşkil edir.
-Mənbə mal əti,toyuq filesi,kəsmik,
Gündəlik tələbat
* Hər qida qəbulunda 20-30 qramdan chox olmayaraq protein qəbul etmək lazımdır.