Su insan bədəninin zəruri komponentidir və insan hüceyrələrinin normal fəaliyyət göstərməsində mühüm rol oynayır.
Orqanizmimizin təxminən 65 %- ni su təşkil edir. İnsan orqanizmi susuz uzun müddət yaşaya bilməz.
Atletlər üçün bədəndə maye balansını saxlamaq diqqət tələb edən məsələlərdən biridir.
Bədənin maye balansını yoxlamağın ən sadə üsulu sidik rəng şkalasından istifadə etməkdir.( cədvəl 1)
İntensiv məşqlər bədəndə maye ilə bərabər elektrolitlərin də itkisinə səbəb olur.
Vaxtında bərpa olunmazsa iş qabiliyyətinin aşağı düşməsinə,bədən temperaturunun artmasına və müxtəlif istilik xəstəliklərinə səbəb ola bilər.
Beynəlxalq İdman və Səhiyyə təşkilatları atletlərə məşqdən əvvəl,məşq zamanı və məşqdən sonra maye qəbulunu tövsiyyə edir.
Məşqdən əvvəl
Məşq müddətində
Məşqdən sonra
Sidik rəng şkalası ( cədvəl 1)