Uşaqların və yeniyetmələrin rasional qidalanması onların ahəngdar böyüməsini, müxtəlif orqan və toxumaların morfoloji strukturlarının və funksiyalarının vaxtında yetkinləşməsini, psixomotor və intellektual inkişafın optimal parametrlərini, orqanizmin infeksiyalara və digər mənfi xarici amillərə qarşı müqavimətini təmin etmək üçün ən vacib şərtlərdən biridir.
Uşaqların və yeniyetmələrin faktiki qidalanması əsasən valideynlərin uşaqlarına hansı sağlam qidalanma vərdişlərini aşılaya bildiklərindən asılıdır.
Yaşından asılı olaraq, uşaqların və yeniyetmələrin tövsiyə olunan qidalanması kimyəvi tərkibinə görə fərqlənir.
Uşaqlar və yeniyetmələr üçün menyu hazırlayarkən təkrar qızdırılmiş o cümlədən dondurulmaya məruz qaldıqdan sonra qızdırılmış qidalardan uzaq olmaq tövsiyyə olunur.
Uşağın qidalanması optimal olmalıdır.
Menyu tərtib edərkən, bədənin böyüməsi və inkişafı, ətraf mühitdəki dəyişikliklər, artan fiziki və ya emosional stress ilə əlaqəli ehtiyacları mütləq nəzərə alınır.