Sağlam qidalanma - sizin normal inkişaf və həyat fəaliyyətinizi , sağlam böyümə və sağlamlığınızın möhkəmlənməsini təmin edən tam balanslaşdırılmış qidalanmadır.
Sağlam qidalanma - çoxlarının düşündüyü kimi bir pəhriz deyil, bu, hər bir insanın gəlməli və müvəqqəti həzz yoxsa ömür boyu sağlam bir orqanizmin daha vacib olduğuna qərar verməli olduğu həyat tərzidir.
Qidalanma prosesi həyat üçün zəruri enerji və qida maddələrini əldə etmək üçün bir vasitədir.
Qidadan ehtiyacımız olan hər şeyi ala bilməyimiz üçün o, balanslı və müxtəlif olmalıdır.
Belə ki şəxsən sizin üçün gündə tələb olunan kalori miqdarını bilmək və müxtəlifliyə sahib olmaq düzgün sağlam qidalanmada vacibdir.
Hər bir məhsulun özünəməxsus kimyəvi tərkibi var və heç bir məhsul orqanizmimizin ehtiyaclarını tam ödəyə bilməz.
Bu o deməkdir ki, siz heç bir qida qrupunu menyunuzdan çıxarmamalısınız və hər yeməkdə zülallar, karbohidratlar və yağlar olmalıdır.
Amma düzgün qidalanmağa başlamaq üçün"yanlış" ("pis") qidalardan və vərdişlərdən imtina etməli, rejimə uyğun qidalanmağı öyrənməli olacaqsınız.
İlk baxışdan bu mürəkkəb görünə bilər. Bəli, bəlkə də əvvəlcə belə olacaq (bu, sizin indiki vərdişlərinizdən asılıdır), amma nəticə sizi laqeyd qoymayacaq.
Siz özünüzü daha yaxşı hiss edəcəksiniz daha enerjili və sağlam olacaqsınız.