Bu gün ən çox rast gəlinən hal, insanların öz orqanizmlərinin xüsusuiyyətlərini nəzərə almadan dəbdə olan pəhrizlərə riayət etməyə çalışılmalarıdır.
Digər mənfi təsirlərlə yanaşı ,bu cür pəhrizlərin mənfi təsirlərindən biri də insanlarda məyusluq və demotivasiya hisslərinin yaranmasıdır.
Bu vəziyyətdən qurtulmağın ən yaxşı yolu peşəkar tərəfindən tərtib olunmuş fərdi qidalanma proqramıdır.
Fərdi qida proqramı tərtib edilərkən fərdin sağlamlıq vəziyyəti, xəstəlik tarixçəsi, yaşı, cinsi, çəkisi ,fəaliyyət növü və boyu nəzərə alınır.
Proqramın effektivliyi monitoring olunur və lazımı korreksiyalar edilir.