İdmanla məşğul olan və aktif həyat tərzi keçirən hər bir kəs qidanın onların fəaliyyətində necə mühüm rol oynadığını bilir.
Nəyi necə və nə vaxt yemək idmançılar üçün xüsusilə əhəmiyyətlidir.
Düzgün qida seçimi və maye qəbulu məşqlərdə maksimal nəticə əldə etməyə və orqanizmin tez bərpasına kömək edəcəkdir.
Hər bir fərdin qidalanmasına xüsusi baxılmalıdır.Ümumiləşdirilmiş qida menyusunu istifadə etməkdən çəkinin,çünki qida porsiyaları hər bir fərd üçün cinsindən,çəkisindən,yaşından və boyundan asılı olaraq dəyişir.Eyni zamanda fəaliyyət növü də qida rasionuna təsir edən amillərdəndir, məsələn yüngül atletlə hokkeyçi yaxud ağır atlet eyni cür qidalana bilməz.
İdmançıların qidalanması sıravi insanların qidalanmasından fərqlənir. Bu gün mediada geniş təbliğ olunan pəhriz rejimləri idmançılar üçün yararlı deyil.
Hansi hallarda idman nutrisioloquna müraciət edilir?